Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:20

Human Rights Watch Suriya hökumətini insanlıq əleyhinə cinayətlrədə ittiham edir



Beynəlxalq insan haqlarını müdafiə təşkilatı olan Human Rights Watch Suriyada hökumət qüvvələrinin Homs vilayətində insanlıq əleyhinə cinayətlər törətdiyini bildirir. Noyabrın 11-də yayılan hesabatda təşkilat qeyd edir ki, hökumət qoşunları bu ilin aprelindən avqustuna qədər təkcə həmin vilayətdə 587 dinc sakini qətlə yetiriblər.

Bu hesabat Ərəb Liqası ölkələrinin noyabrın 12-ə nəzərdə tutulan Suriya böhranına dair fövqəladə toplantısından bir gün əvvəl yayılır. Həmin toplantıda Suriyanın Liqaya üzvlüyü dondurula bilər.

Human Rights Watch həmçinin Suriyaya silah embarqosu qoyulması və prezident Bashar al-Assadın ailə üzvlərinə sanksiyalar tətbiq edilməsi üçün Ərəb Liqasını BMT Təhülkəsizlik Şurasına müraciət etməyə çağırır. Təşkilat həmçinin Suriya rəsmilərinə qarşı Beynəlxalq Cinayətlər Məhkəməsində cinayət işinin başlanmasına çağırır.

İnsan haqları fəalları məlumat verirlər ki, Suriyada təhlükəsizlik qüvvələri elə noyabrın 11-də də 12 nəfəri qətlə yetiriblər. Onlardan 10 nəfəri Homs əyalətində öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG