Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:45

Twitter müstəntiqlərə məlumat verməli olacaq


ABŞ-ın federal məhkəməsi Twitter şəbəkəsinin istifadəçilər haqqında məlumatları müstəntiqlərə verməsi barədə qərar çıxarıb. Bu qərar gizli sənədlərin necə WikiLeaks saytına ötürülməsi işini araşdıran müstəntiqlərə aiddir.

WikiLeaks saytı ilə müəyyən bağlılığı olan və Twitter şəbəkəsinə qoşulmuş üç nəfərin vəkilləri isə bildirirlər ki, belə məlumatların müstəntiqlərə verilməsi onların şəxsi həyatlarına müdaxilə olardı.

Amma yenə də məhkəmə Twitter-in məlumatlara verməsi barədə qərar çıxarıb.

WikiLeaks saytı ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən göndərdikləri gizli teleqramları yaymaqla beynəlxalq qalmaqala səbəb olub. ABŞ rəsmiləri belə sənədlərin yayılmasını qanunsuz adlandırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG