Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:23

"Ərəb baharı" İslamla demokratiyanı bir araya gətirdi


David Cameron Londonda Qurban bayramında iştirak edib

“Ərəb baharı” sübut etdi ki, İslam və demokratiya bir-birinə uyğun olan məfhumlardır. Qurban bayramına həsr olunmuş toplantıdakı çıxışında Böyük Britaniyanın baş naziri David Cameron belə deyib.

Cameron bildirib ki, Böyük Britaniya bir çox müsəlman ölkələrinin ayağa qalxmasına kömək edib. O, hazırda Qərbin İslama qarşı savaşa çıxması fikrini də təkzibləyib:

“Böyük Britaniyanın müsəlmanları öz inancları ilə fəxr etməlidirlər. Bu bayram mənə İslamla xristianlığın ümum çalarlarını xatırlatdı. Həzrəti İbrahimin etdiyi qurban bütün dinlər tərəfindən hörmətlə qəbul edilir”.

Baş nazir Qurban bayramının kökündə duran hadisədən çox dərs çıxartmaq mümkün olduğunu deyib:

“Bu faktiki olaraq onu göstərir ki, peyğəmbər Allahı sevdiyi kimi, biz də sevdiklərimiz uğrunda qurban verməyə hazırıq”.

David Cameron Liviya, Tunis və Misirdə insanların təkcə Qurbanı deyil, azadlığa çıxdıqlarını da bayram kimi qeyd etdiklərini deyib:

“Yəqin ki, “Ərəb baharı” ilə bağlı bəzi şeylər istənilən kimi alınmaya bilər. Bəlkə də hardasa geriyə addım da ola bilərdi. Amma Ərəb baharı İslam və demokratiyanın bir araya sığmaması mifini birdəfəlik ləğv etdi”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG