Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

Moldova Ermənistana silah satılması müqaviləsini ləğv edir


Yerevanda hərbi parad

Yerevanda hərbi parad

Moldovanın Müdafiə naziri bildirir ki, Ermənistana silah satılması barədə müqaviləni ləğv edirlər.

Noyabrın 11-də Moldova Müdafiə Nazirliyinin rəsmi internet saytında bu haqda məlumat yayılıb.

«Moldovadan Ermənistana hərbi ləvazimatların satılması dayandırılıb və hazırda həmin müqavilənin ləğv edilməsi üzərində iş gedir» – deyə rəsmi məlumatda bildirilir.

Eyni zamanda, Moldovanın Müdafiə naziri deyib ki, Ermənistanla müqavilə diqqətlə araşdırılmadan bu mövzuda şərhlər verməyəcəklər.

Yerevana satılan silahın nə olması da hələlik rəsmən elan edilməyib. Amma bu ilin əvvəlində Moldovada müxalifətdə olan Kommunist Partiyası bəyan edib ki, «Kişinyov Ermənistana funksional silahlar satır».

Bu xəbər Bakıda kəskin etirazla qarşılanmışdı. Moldovanın Müdafiə Nazirliyi isə bildirirdi ki, Ermənistana satılan ləvazimatların heç biri konkret döyüş əməliyyatlarında istifadə ediləsi avadanlıqlar deyil.

Azərbaycan mediasının yazdığına görə, Moldova rəhbərliyi buna görə Bakıdan üzr də istəyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG