Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

Dünyada ən çox məşhur insan hansı ölkədə yaşayır? Şok nəticə!


Araşdırmanın nəticələri bir çoxları üçün gözlənilməz olub.

Həftənin panaması


AZƏRBAYCAN - DÜNYADA ƏN ÇOX MƏŞHUR İNSANIN YAŞADIĞI ÖLKƏ!

AZƏRTAC

Görkəmli bəstəkar Sevil xanım Əliyevanın musiqi albomu dünya şöhrətli “Yuniversal Myuzik”də işıq üzü görmüşdür

10.11.2011

Azərbaycanın musiqi mədəniyyəti daha bir dünya miqyaslı uğura imza atmışdır. Sevil xanım Əliyeva ilk azərbaycanlı bəstəkardır ki, onun əsərləri MDB ölkələrinin mədəniyyəti tarixində özünəməxsus yer tutmuş “Yuniversal Myuzik” kimi dünya şöhrətli şirkət tərəfindən işıq üzü görmüşdür.

Sevil xanım əsrarəngiz bəstələrinin yer aldığı “Ze qaleri of Sevil” albomunu atası, ulu öndər Heydər Əliyevin və anası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsinə həsr etmişdir


QAFQAZİNFO

Məşhur jurnalistimiz cizgi filmində


11.11.2011

Azərbaycanın tanınmış jurnalisti Ülkər Qasımova (Rəşidqızı) cizgi filmləri səsləndirəcək. Bu barədə “Qafqazinfo”ya “Kainatfilm” Kino Şirkətinin təsisçisi və baş direktoru Süleyman Fərzəliyev məlumat verib. S. Fərzəliyevin sözlərinə görə, İran istehsalı olan 26 seriyadan ibarət “Rəngli karandaşlar” cizgi filminin səsləndirilməsində bəzi səslərə ehtiyac olub və o da bir vaxtlar birgə çalışdığı Ülkər Qasımovanın səsini həmin cizgi filminə uyğun bilib: “Ülkərlə çalışdığım vaxtlarda onun müxtəlif səsləri çıxarmaq bacarığı olduğunu bilirdim”.


ƏDALƏT

Hüseynbala Mirələmovun "Heydər Əliyev" kitabı Serbiyada

2011-06-17

Tanınmış yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qələmə aldığı "Görkəmli adamların həyatı" seriyasından olan "Heydər Əliyev" kitabı Azərbaycanın Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eldar
Hüseynbala Mirələmov
Hüseynbala Mirələmov
Həsənovun təşəbbüsü və yaxından köməyi sayəsində serb dilinə tərcümə olunmuşdur.

Yuksək poliqrafik səviyyədə nəfis şəkildə nəşr olunan kitab serb oxucuları tərəfindən maraqla qarşılanmışdır.


BIG.AZ

Məşhur müğənni Nura Suri "Həzz" jurnalının növbəti sayı üçün çəkilib

Tanınmış müğənni yeni obrazda tanınmaz hala düşüb. Üz qabığında çəkilən ifaçı maraqlı tərz seçib. Havaların soyuması münasibəti ilə geyim seçən müğənni payız günlərini xatırladır.


MƏRKƏZİ ELMİ KİTABXANANIN SAYTI

Çinarə Vüqar. Tənhanın tənha dünyası

Annotasiya: Kitabda məşhur xeyriyyəçi-şair Gülağa Tənhanın həyatı, xeyriyyəçilik fəaliyyəti və poetik yaradıcılığı haqqinda məlumatlar toplanılmışdır.


ƏDALƏT

Lerikdən o yana ucadır dağlar

2011-08-13

Sahibi məşhur çoban Xanışın oğlu Miriş Şahıyev olan Zərinqala kəndindəki "Zuvand" istirahət mərkəzi 2008-ci ildə yaradılıb. İpək kimi yumşaq, buz kimi soyuq "Zərinqala" mineral suyu burdakı binanın 2 addımlığından axaraq aşağıdakı Misdan çayına tökülür. Əl-üzümə su vurub bulaqdan içirəm, bir sərinlik, bir rahatlıq dolur ruhuma, bədənimə.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG