Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:54

Catherine Ashton'un Cənubi Qafqaza səfərinin proqramı bəlli olub


Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Catherine Ashton'un Cənubi Qafqaza səfərinin proqramı bəlli olub.

C.Ashton'un səfəri noyabrın 15-də Azərbaycandan başlayacaq. Ertəsi gün o, Gürcüstana, noyabrın 17-də isə Ermənistana gedəcək.

C.Ashton'un Bakıda prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcəyi gözlənilir. Görüşlərin qrafiki hələlik tərtib olunmayıb. /apa/
XS
SM
MD
LG