Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:35

Bankların müflisləşmə təhlükəsi, sərhədyanı rayonların qazlaşdırılması...


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim yol» qəzeti yazır ki, «NEFT SEKTORUNDA ANİ PROBLEM ÖLKƏ İQTİSADİYYATINI SARSIDA BİLƏR»

İqtisadçı-ekspert Xalid Mikayılov son illər Azərbaycanda ÜDM-un artım tempinin düşdüyünü deyir. Buna əsas səbəb neft hasilatının azalmasıdır. X.Mikayılov bildirir ki, Azərbaycanda ən çox ÜDM artımı 2007-ci ildə qeydə alınıb: «Həmin ildə ölkədə ÜDM-in artımı 34.5 faiz təşkil edib. Neft hasilatı isə 42 milyon ton olub. Bu da 2006-cı ilə nisbətən 10 milyon ton artım deməkdir...».

«Azadlıq» qəzeti yazır ki, «Xural» qəzetinin baş redaktoru ƏVƏZ ZEYNALLININ HƏBSİNDIN SONRA redaksiya əməkdaşlarına qarşı da təzyiqlər həyata keçirilir. Qəzetin əməkdaşı Kamran Zamanov dövlət nömrə nişanı olmayan «Mercedes» avtomobili ilə təhdid edilib.

Qəzetin redaktoru Nurəddin Xoca da bir neçə dəfə müxtəlif təhdidlərə məruz qalıb. Müraciət olunmasına baxmayaraq, hüquq mühafizə orqanlarından heç bir hərəkət yoxdur.

«Yeni Müsavat» qəzetindəki «MƏRKƏZİ BANK BANKLARI MÜFLİS ELAN ETMƏKDƏN ÇƏKİNİR» adlı yazıda iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Azərbaycanın bank sektoru ən riskli qrupa daxildir:

«Beynəlxalq «Standard & Poor's» reytinq agentliyi öz hesabatında Azərbaycanda bank sektorunda olduqca riskli vəziyyətin hökm sürdüyünü vurğulayıb. Hesabatda bildirilir ki, Azərbaycan bank sektorunda ən yuxarı risk qrupuna daxil olan ölkələrin sırasındadır».

«Azərbaycan» qəzeti isə yazır ki, 2012-ci ilin sonunadək bütün SƏRHƏDYANI RAYONLAR VƏ CƏBHƏ BOYU YAŞAYIŞ MƏNTƏQƏLƏRİ QAZLAŞDIRILACAQ.

Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Naftalan şəhərində Qaz İstismar Sahəsinin yeni binasının açılış mərasimində bildirib.

O deyib ki, «ən ucqarlarda yerləşən və 5-10 ailənin yaşadığı dağ kəndləri istisna olmaqla, respublikanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulub. Bu, 2013-cü ilin ortalarınadək başa çatdırılacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG