Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:56

Panetta: İranın nüvə silahı əldə etməsi yolverilməzdir


İranın nüvə obyektlərinə hərbi zərbələr regionda istənməyən nəticələrə gətirib çıxara və Tehranın nüvə proqramına son qoyulması ilə nəticələnməyə bilər.

Bunu ABŞ-ın müdafiə naziri Leon Panetta bildirib. O deyib ki, İranın nüvə silahı əldə etməsi yolverilməzdir. Ancaq hərbi zərbənin bütün mümkün nəticələri diqqətlə nəzərdən keçirilməlidir.

İranın ali dini lideri Ayatollah Ali Khamenei deyib ki, İsrail və ya ABŞ İranın nüvə obyektlərini vurmağa cəhd göstərsələr, güclü müqavimətlə üzləşəcəklər: “Biz hədəyə hədə ilə cavab veririk. İran İslam Respublikasına qarşı təcavüz aktı həyata keçirmək fikrində olan hər kəs özünü güclü İran dövlətinin dəmir yumruğuna və güclü zərbəsinə hazırlamalıdır.”

İsrail bundan əvvəl İranı nüvə proqramından döndərmək üçün beynəlxalq aləmi ona təzyiq göstərməyə çağırmışdı. Yüksək səlahiyyətli İsrail rəsmiləri isə bundan əvvəl İranın nüvə obyektlərinin vurulmasını istisna eləməmişdi.

Beynəlxalq Atom Enerjisi Agentliyi çərşənbə axşamı İranın nüvə silahı üzərində işləməsi ilə bağlı dəlillər olduğunu bəyan edib.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG