Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01
"Moldova Ermənistana silah və sursatın qalan hissəsini çatdırmaqda qərarlıdır".

APA-nın “Moldnews”a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Moldovanın müdafiə naziri Vitali Marinutsa deyib:

“Bunu qadağan edən hər hansı hüquqi sənəd yoxdur.
Ümid edirəm ki, ən qısa zamanda müqavilənin yerinə yetirilməsi davam etdiriləcək.
Bu müqavilədə heç bir şübhəli bənd yoxdur və biz onu axıra çatdırmalıyıq”.

Bu məsələ Moldovanın siyasi dairələrində hay-küyə səbəb olub.

Bir sıra rəsmilər ehtiyat edirlər ki, bu məsələ Moldova-Azərbaycan və GUAM çərçivəsində əməkdaşlığı əngəlləyə bilər.

Məlumatlara görə, yaranmış qalmaqal Moldova Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi arasında ixtilafa səbəb olub və məsələylə bağlı araşdırma başlayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistana hücum silahları satan dövlətlərin böyük səhvə yol verdiklərini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG