Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51

Arif Alışanov və İsmayıl Ömərov mükafatlandırılıb


Azerbaijan - president Ilham Aliyev, 12Apr2011

Azerbaijan - president Ilham Aliyev, 12Apr2011

Prezident noyabrın 10-da teleradio və Texniki Universitetin bir qrup əməkdaşlarına fəxri adların verilməsi və təltifi ilə bağlı bir neçə sərəncam imzalayıb.
Televiziya və radionun inkişafındakı xidmətlərinə görə İctimai və Azərbaycan televiziyalarının 30 əməkdaşı müxtəlif fəxri adlarla təltif edilib.

Mükafatlandırılanlar arasında Azərbaycan Teleradio Şirkətinin prezidenti Arif Alışanov və İctimai Televiziyanın sədri İsmayıl Ömərovun da adı var. Hər iki şəxs 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezidentin sərəncamı ilə təltif edilən və fəxri adlar verilənlərin 47 nəfəri Texniki Universitetin əməkdaşlarıdır.

Prezidentin digər bir sərəncamı ilə də İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG