Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:13
«Elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir»
Bu fikirləri Milli Məclisin deputatı, prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev AzərTAc-a müsahibəsində deyib.
Cəlal Əliyev ötən əsrin 70-ci illərində Heydər Əliyevin keçmiş SSRİ-nin müxtəlif respublikalarına hər il yüzlərlə tələbə göndərdiyini bildirib. Akademikə görə, indi onlar xaricdə maraqlı elmi axtarışla məşğuldurlar.
Cəlal Əliyev onun təşəbbüsü ilə SSRİ dövründə yerli ali məktəbləri bitirən istedadlı tələbələrin seçilib müxtəlif elm mərkəzlərinə, xüsusilə Sankt-Peterburqa, Novosibirskə göndərildiyini deyib:
«O, vaxt Novosibirskdə elmi mərkəz fəaliyyət göstərirdi. Mənim təşəbbüsümlə oraya əsasən riyaziyyatçılar göndərilirdi. Bəzən belə deyənlər də olurdu ki, bu elmi mərkəz tanınmaya-tanınmaya Cəlal Əliyev buraya niyə bu qədər riyaziyyatçı tələbə göndərir? Həmin vaxt o qədər də tanınmayan bu elmi mərkəz sonra ən yaxşılardan biri oldu. Ona görə də elmlə məşğul olan dünəni, bu günü yox, sabahı, o biri günü görməlidir. O riyaziyyatçılar indi ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Kanada, Braziliya kimi bir çox xarici ölkələrdə uğurla işləyir və elmə töhfələr verirlər»-deyə Cəlal Əliyev müsahibəsində bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG