Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:55

İran Ermənistanla viza rejiminin qaldırılmasını istəyir


Ermənistan prezidenti Serzh Sarkisian İranın xarici işlər naziri Ali Akbar Salehi
Ermənistan prezidenti Serzh Sarkisian İranın xarici işlər naziri Ali Akbar Salehi
İranın xarici işlər naziri Ali Akbar Salehi bildirib ki, Tehran Ermənistanla İran arasında ticarət əlaqələrinin artırılmasını və viza rejiminin qaldırılmasını istəyir.
Noyabrın 8-də Yerevana səfəri zamanı Salehi həm prezident Serzh Sarkisian, həm də xarici işlər naziri Eduard Nalbandianla görüşü zamanı Tehranın Ermənistanla İran arasında onsuz da yaxın olan münasibətlərini daha da gücləndirməkdə maraqlı olduğunu bildirib.
Ermənistanın rəsmi mənbələrinin bildirdiyinə görə, danışıqların əsas mövzusu İran prezidenti Mahmud Ahmadinejadın Ermənistana planlaşdırılan səfəri və birgə iqtisadi layihələr olub. Həmin layihələrə Araz çayı üzərində iki su elektrik stansiyasının tikilməsi və İrandan Ermənistana neft nəql edəcək boru kəmərinin tikilməsi aiddir. İki hökumət həm də öz elektrik şəbəkələrini birləşdirən yüksək gərginlikli üçüncü xəttin çəkilməsini də planlaşdırır.
Ermənistan dəfələrlə bu layihələrə bu il başlanacağını bildirsə də indiyə qədər əməli addım atılmayıb. Görüşdən sonra keçirilən mətbuat konfransında da nə Salehi, nə də Nalbandian bu layihələrlə bağlı hansısa tarix açıqlamayıblar.
SALEHİ İQTİSADİ ƏLAQƏLƏRİN İSTİFADƏ OLUNMAMIŞ POTENSİALINDAN DANIŞIB
Salehi bildirib ki, Ermənistan öz məhsullarını İrana ixrac edə bilər: «Biz bu məhsulları qəbul etməyə və öz məhsullarımızı Ermənistana ixrac etməyə hazırıq».
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2011-ci ilin ilk 9 ayı ərzində Ermənistanın ümumi xarici ticarətinin yalnız 6,1 faizi İranın payına düşür. Müqayisə üçün Avropa Birliyi ölkələrinin payına 33,6 faiz, Rusiyanın payına isə 20 faiz düşür.
2011-ci İLDƏ İRANDAN ERMƏNİSTANA 100 MİNDƏN ÇOX TURİST GƏLİB
Tehran ilin sonuna qədər Ermənistanla İran arasında sərbəst ticarət haqqında sazişin imzalanmasına çalışırdı. Lakin Yerevandakı bəzi rəsmilərin dediyinə görə, tərəflər sazişin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
İranın xarici işlər naziri Ali Akbar Salehi Ermənistanda mətbuat konfransı zamanı
İranın xarici işlər naziri Ali Akbar Salehi Ermənistanda mətbuat konfransı zamanı
Salehi həm də Tehranın iki ölkə arasında vizaların qaldırılması ilə bağlı istəyini də bir daha təkrarlayıb. Bildirib ki, viza rejimi qaldırılsa, Ermənistana səfər edən İran turistlərinin sayı kəskin artacaq.
Salehi deyib ki, «ümid edirəm ki, günlərin birində Ermənistana 1 milyon iranlı turist gələcək».
Nalbandian isə bildirib ki, danışıqlarda Mahmud Ahmadinejadın rəsmi səfərinə hazırlıq əsas mövzu olub. O, İran prezidentinin bu ilin sonuna qədər Yerevana gələcəyini bildirib. Səfər əvvəlcə iyuna planlaşdırılmışdı. Lakin Ahmadinejad son anda hələ də naməlum səbəbə görə səfəri təxirə salmışdı.
İranın xarici işlər naziri Ali Akbar Salehi bildirib ki, İran-Ermənistan münasibətləri regional təhlükəsizlik üçün də vacibdir. O bir çox regional və beynəlxalq məsələlərdə iki ölkənin oxşar mövqelərinin olduğunu da deyib.
«İRAN ERMƏNİSTAN ƏMƏKDAŞLIĞI AZƏRBAYCANA QARŞI YÖNƏLİB»
Elxan Şahinoğlu
Elxan Şahinoğlu
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, İran xarici işlər nazirin Yerevandakı açıqlamalarında Azərbaycana qarşı elementlər var:
«Bir tərəfdən İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayırlar. Ancaq reallıqda isə görürük ki, fərqli siyasət yürüdürlər. İranın xarici işlər nazirinin Yerevanda verdiyi açıqlamalar da bundan xəbər verir. Salehi çox isti açıqlamalar verib. Deyib ki, Ermənistanla əlaqələrin inkişafını artırmaq istəyirik, hansısa layihələr planlaşdırırıq. Reallıqda isə Ermənistan İran münasibətləri iqtisadi zəmində heç o qədər də inkişaf etməyib. İllərdir eşidirik ki, İranla Ermənistan arasında qaz boru xətti inşa olunacaq, nəqliyyat yolları çəkiləcək, İran Ermənistanda neftayırma zavodu tikəcək. Bu layihələr ancaq sözdə var. Deməli, bu deyilənlər əslində siyasi məna kəsb edir. Əslində isə bunlar həm də Azərbaycana verilmiş mesajlardır ki, İran Ermənistan əməkdaşlığı Azərbaycana qarşı yönəlib».
Sentyabrda Tehranda Nalbandianla görüşündə Mahmud Ahmadinejad demişdi ki, o yeganə xristian qonşusu olan Ermənistanla əlaqələrin gücləndirməsində heç bir maneə görmür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG