Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

Vanda növbəti zəlzələ nəticəsində 8 adam ölüb


Türkiyənin Van bölgəsində noyabrın 9-u saat 21. 23-də baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 8 adam ölüb. 27 adam sağ çıxarılıb.

Türkiyənin Fəlakət və Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, zəlzələ nəticəsində 25 bina uçub. Onlardan 23-i boş imiş.

Xilasetmə işləri davam edir.

Oktyabrın 23-də Van bölgəsində baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində isə 600-ə yaxın adam ölmüşdü, yüzlərlə adam yaralanmışdı.
XS
SM
MD
LG