Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:44

12-ci İmam gəlir?


Arxiv foto
Arxiv foto

Iran ayətullaları "Occupy the Wall-Street" hərəkatını İmam Mehdinin zühuru ilə əlaqələndirir, əslində necədir - 12-ci İmam nə vaxt gəlməlidir?

Occupy Wall-street hərəkatının əsl məğzi tapılıb. İran rəsmiləri bəyan edirlər ki, bu hərəkat İslamda şiə əhlinin çoxdan gözlədiyi bir hadisənin başlanğıcına işarətdir.

Söhbət 12-ci İmamın zühurundan gedir. Bu günlərdə İran Ayətullası Mohsen Heydari Ahyaz şəhərindəki məsciddə çıxışı zamanı bu hərəkatdan danışıb. Deyib ki, Wall-street hərəkatı 12-ci İmamın peyda olmasından xəbər verir.

“Wall-streeti işğal et” hərəkatı 12-ci İmamın zühuru üçün lazımi zəmin yaradacaq. Bu imamın gəlişi ilə dünya haqq-ədalətin bərqərar olmasına, İslamın hakim mövqeyə keçməsinə səbəb olacaq”.

Son vaxtlar İran rəsmiləri Wall-street hərəkatını 12-ci İmamın gəlişi ilə əlaqələndirmək cəhdlərini artırıblar. Noyabrın 7-də Kirmanşah şəhərində xalqa xitab olaraq etdiyi çıxışında Ayətulla Seyid Əli Xamanei də bu hərəkatdan danışıb.

“Amerika xalqını həyəcanlandıran bu iş çox əhəmiyyətlidir. Lakin ABŞ idarəçiləri bu hadisəni kiçik göstərməyə çalışırlar. Bu hərəkət həzm edilə bilinər amma hərəkatın kökləri əsla qurudulmayacaq".

Bundan əvvəl İran prezidenti bildirib ki, onun əlində sübutlar var ki, Amerika Birləşmiş Ştatları imamın gəlişinin qarşısını almağa cəhd edir.

12-ci İMAM KİMDİR VƏ ONUN ZÜHURU HANSI ƏIAMƏTLƏRLƏ ŞƏRTLƏNDİRİLİR?

Bu haqda AzadlıqRadiosu-na dinşünas yazar Kənan Rövşənoğlu danışır:

- Belə deyilir ki, Peyğəmbər bildirib ki, dünyada fəsadlar artanda, mənim nəslimdən olan və mənim adımı daşıyan bir nəfər qiyam edib dünyaya sülh və ədalət gətirəcək. Sünnilərə görə, bu imam doğulacaq. Şiələrə görə, artıq Abbasilər xilafəti dövründə o doğulub, özü də 11-ci İmamım oğludur, adı Məhəmməddir, ləqəbi də Məhdi. O, 15 yaşı olanda Samirədə qeybə çəkilib. Şiə inancına görə, 12-ci İmam zühur edəcək. Amma istənilən halda onun zühuru Allahın iradəsində olan bir məsələdir.



Şiə alimlərinin 12-ci İmam Mehdinin zühuru ilə bağlı tədqiqatları var. Onların əksəriyyəti hesab edir ki, zühur üçün vaxt yetişmək üzrədir. Hətta təxminən 10 il əvvəl Türkiyədə bir çox dindarlar yaxın illərdə İmamın gələcəyindən əmin idilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG