Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:54

NATO-nun baş katibi Gürcüstanı islahatlara çağırıb


Gürcüstan Şimali Atlantika İttifaqının üzvü olmaq üçün qurumun tələb etdiyi bütün islahatları yerinə yetirməlidir.

Bunu Gürcüstanda olan NATO-nun baş katibi Anders Fog Rasmussen bildirib. Rasmussen bildirib ki, Gürcüstan NATO-nun Əfqanıstandakı əməliyyatlarında uğurla çıxış edir. Gürcüstanın Əfqanıstanda 900 hərbçisi var.

NATO-nun baş katibi Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Moskva ilə Tbilisi arasında imzalanmış razılaşmanı da alqışlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG