Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:01

Yalnız qadınlar üçün turist şirkəti


Ərəb xanımları rahat səyahət edə biləcəklər

Dubayda yalnız qadınlara xidmət göstərən turist firması fəaliyyətə başlayıb. «The World at Her Feet» («Dünya onun ayaqlarının altında») adlanan bu təşkilatlar Ərəb Əmirliklərindəki qadınlar üçün müxtəlif səyahət turları təşkil edir.

Yerli qaydalara görə, ərəb qadınları təklikdə xarici ölkələrə çıxa bilməzlər. Bu turist şirkəti qadın qruplarına İslam tələblərini pozmadan dünyanı gəzməyə imkan verəcək. Firmanın müştəriləri üçün turistik marşrutları da yalnız qadınlar seçir.

Bəzi adət-ənənələr nəzərə alınmasa, Əmirlikdəki qadınlar kişilərlə bərabər hüquqlara malikdirlər. Hazırda dövlət qulluqçularının 21 faizini qadınlar təşkil edir. 1993-cü ildə hətta ərəb pilot da işə başlayıb .Hazırda polis işçiləri və orduda da qadınlara rast gəlinir.
XS
SM
MD
LG