Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

10 ev yanıb


Bakıda güclü yanğın olub.

Bu barədə «APA»ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə noyabrın 10-u səhər saatlarında Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində qeydə alınıb. Bir-birinə bitişik yaşayış evlərindən birində baş verən yanğın tezliklə qonşu tikililərə keçib. Nəticədə 10-dan çox ev yanaraq yararsız hala düşüb. Hadisə yerinə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib.

İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Araşdırma aparılır.
XS
SM
MD
LG