Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:53
«Azadlıq» qəzeti İctimai Palatanın noyabrın 9-da verdiyi qərarlardan yazır.

«İCTİMAİ PALATA 4 MÜHÜM QƏRAR VERDİ» sərlövhəli yazıda qeyd olunur ki, noyabr ayında İP 4 konfrans keçirməyi planlaşdırır.

İP-nin toplantısında akademik Rafiq Əliyevin vəzifədən çıxarılması məsələsi də müzakirə olunub. Palata üzvləri buna etiraz ediblər.

«Yeni Müsavat» qəzeti «GƏLƏN İL DƏ BELƏ OLACAQ, O BİRİ İL DƏ...» sərlövhəli yazıda Bakıda havanın pisləşməsindən sonra yaranan problemlərdən yazır:

«Vəziyyət o dərəcədə kritikləşdi ki, hətta iqtidarın nəzarətində olan televiziyalar belə «dözə bilmədilər», tənqidlər səsləndirdilər.

Qəzet əlavə edir ki, «nə qədər neft pulları var, onu mənimsəmək üçün küçələri qazacaqlar, quracaqlar, yenidən dağıdacaqlar…».

Noyabrın 10-da rəsmi qəzetlər nəşr olunmayıb.

Rəsmi informasiya agentliyi olan «AzərTac» Tehran şəhərinə qar yağmasından yazır.

«Tehran şəhərinə güclü qar yağmışdır. Noyabrın 9-da gecə saatlarından yağmağa başlayan qar avtomobillərin hərəkətini çətinləşdirmiş, şəhər təsərrüfatının idarə olunmasında bir sıra problemlər yaratmışdır. Yolların buz bağlaması bir sıra mədrəsələrin iki günlük tətil etməsinə səbəb olub», - deyə xəbərdə bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG