Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:35

Vanda yenə zəlzələ olub, 7 nəfər ölüb


Türkiyənin Van bölgəsində yenidən zəlzələ olub. Yerli vaxtla 21. 23-də baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 25 bina uçub. Onlardan 23-də yaşayış olmayıbmış. İki otel dağıntılarının altından 23 yaralı xilas edilib.

Baş nazirin müavini Bəşir Atalay bildirib ki, 5 nəfər ölüb. Türkiyənin Fəlakət və Fövqəladə Hallar Nazirliyinin bu səhərə olan məlumatına görə, ölənlərin sayı 7-dir.

Xilasetmə işləri davam edir.

Oktyabrın 23-də Van bölgəsində baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində 600-ə yaxın adam ölmüşdü, yüzlərlə adam yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG