Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:52

NATO Moskva ilə Tbilisi arasındakı razılaşmanı alqışlayıb


NATO-nun baş katibi Anders Fogh Rasmussen Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Moskva ilə Tbilisi arasında imzalanmış razılaşmanı alqışlayıb.

Rusiyanın bu təşkilata qoşulması üçün bütün üzv ölkələrin razılığı lazımdır.

Gürcüstan bunu əngəlləyən son ölkə idi.

Rusiya isə bunun əvəzində Gürcüstanın separatçı bölgələri Abxaziya cə Cənubi

Osetiyaya daşınan malların yoxlanılmasına razılıq verib.

Rasmussen Gürcüstanda ikigünlük səfərdədir.

O lazımi tələbləri yerinə yetirəcəyi halda gələcəkdə Gürcüstanın NATO-ya qoşulmasının mümkünlüyünü istisna etməyib.

NATO-Gürcüstan komissiyasının iclasında iştirak edən NATO ölkələrinin səfirləri yenidən Rusiyanı Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina rtməyə çağırıblar.
XS
SM
MD
LG