Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:29

Gələn ilin büdcəsində hər 17 manatdan 7-i "investisiya xərcləri"nə gedəcək


Arxiv foto

Arxiv foto


Hökumət 2012-ci ilin 17 milyard manatlıq dövlət büdcəsindən investisiya layihələrinə 7 milyard manat xərcləməyi planlaşdırır. Yola saldığımız 2010-cu ildə büdcənin həmin investisiya xərcləri bundan iki dəfə az - 3 milyard manat idi.

PULUN MƏBLƏĞİ ARTDIQCA TƏNQİDLƏR DƏ KƏSKİNLƏŞİR...

Hökumət hər il investisiya xərcləri dediyi bu sahəyə əvvlki ildən daha çox pul ayırır. Hər il də iqtisadçıların tənqidi ilə üzləşir.

İqtisadi Təşəbbüslərə yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev deyir ki, əslində onların narahatlığı investisiya layihələrinə ayrılan vəsaitlərin artırılmasında deyil. Narahatlıq hər il artan bu vəsaitlərin necə xərclənməsi ilə bağlıdır.

Azər Mehdiyev investisiya büdcəsini qapalı büdcə sayır. Deyir ki, layihələr üzrə vəsaitlərin həcmi açıqlansa belə, bu sahədə şəffaflıq yoxdur:

“Şəffaflığın çox mühüm tələbləri odur ki, bu vəsaitlərin hara və necə xərclənməsi göstərilsin”.

ARTIQ İSTİFADƏYƏ VERİLƏN KƏMƏRƏ TƏZƏDƏN PUL LAZIM OLUB?

İqtisadçı misal da çəkir ki, 370 milyon manata başa gələcəyi bildirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyam mərasimi, mart 2007-ci il.

Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyam mərasimi, mart 2007-ci il.

Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə indiyə qədər 1 milyard dollara yaxın pul xərclənib. Üstəlik, hökumət 2012-ci ildə də artıq istifadəyə verilmiş bu kəmərə yenidən pul ayırmağı planlaşdırır:

“Düzdür, burda birbaşa Oğuz-Qəbələ-Bakı su kəməri haqqında danışılmır. Qeyd olunur ki, həmin vəsait kəmərin istismarı ilə bağlı Bakıda su-kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Amma fakt-faktlığında qalır ki, həmin layihənin tamamlanmasına böyük həcmdə vəsaitlərin ayrılması prosesi davam edir.”

"KORRUPSİYA TUTUMLU" LAYİHƏLƏR...

İqtisadçı Natiq Cəfərli də bu məsələdə həmkarının fikirlərini bölüşür. O, deyir ki, hökumət "korrupsiya tutumlu" layihələrə ilbəil əsaslandırılmamış pullar ayırdıqca, şəffaflıqla bağlı bir o qədər suallar doğuracaq:

"Bu şübhələri aradan qaldırmaq hökumətin işidir. Gərək çıxıb açıqlasın ki, belə xırda layihəyə niyə bu qədər vəsait xərcləyir.
Bayraq Meydanı yaxınlığında tikinti, 8 avqust 2011

Bayraq Meydanı yaxınlığında tikinti, 8 avqust 2011


​Misal üçün, aeroport yolunda hər iki tərəf üzrə çəkiliş başa çatıb. Amma yenə də həmin layihələrin tamamlanmasına 2012-ci il büdcəsində vəsait nəzərdə tutulub.

Bayıl dairəsindən Bayraq meydanına olan 2 kilometr yolun çəkilişinə 65 milyon manat vəsait nəzərdə tutulub. Bu müəyyən kommunikasiyaların dəyişdirilməsi ilə əsaslandırılsa da çox böyük məbləğdir. Hökumət çıxıb açıqlasın ki, belə xırda layihəyə niyə görə bu qədər vəsait xərcləyir”.

HEYDƏR ƏLİYEV MƏRKƏZİNƏ DƏ YENƏ PUL AYRILIR...

İqtisadçı əlavə edir ki, neçə illərdir Bakıda tikilməkdə olan Heydər Əliyev Mərkəzinə də ilbəil ayrılan pulların hesabatı açıqlanmır.

İqtisadçıların hesablamalarına görə, sözügedən mərkəzin tikintisinə indiyə qədər 250 milyon manatdan artıq pul xərclənib. Gələn ilin investisiya xərclərində yenidən həmin mərkəzin tikintisinə vəsait ayrılacağı nəzərdə tutulub.

Natiq Çəfərli:
Heydər Əliyev Mərkəzinin planı

Heydər Əliyev Mərkəzinin planı


“Bu mərkəzin hansı səbəbdən tikilməsi bir yana qalsın, ayrılan vəsaitin də qeyri-şəffaf xərclənməsi bu tip layihələrin həyata keçirilməsində xeyli şübhələr yaradır.”

Siyahı bununla bitmir. Qusardakı turizm mərkəzinin tikintisinə indiyə qədər 500 milyon manatdan artıq pul xərclənsə də, gələn ilin büdcəsində bu layihəyə yenə vəsait ayrılması nəzərdə tutulur.

2012-ci ilin büdcəsində investisiya layihələrinə ən çox vəsait nəqliyyat sektoru üçün nəzərdə tutulub - 2 milyard 726 milyon manat.

HÖKUMƏT TƏRƏFDARI DA HESABI DÜZ TUTMAĞI MƏSLƏHƏT GÖRÜR

Ana Vətən Partiyası (AVP) sədrinin iqtisadi məsələlər üzrə müavini Əli Hacıyev isə investisiya xərclərindən şübhələri daha çox qeyri-dəqiq hesablamalarla əlaqələndirir. O deyir ki, layihələr konkret hesablanmadığından hökumət bir layihəyə ilkin hesablanan məbləğdən artıq vəsait ayırmağa məcbur olur. Amma o investisiya layihələrində korrupsiya amilini də inkar etmir:

“O, layihələr daha konkret olmalıdır. Bir də həmin layihələrlə bağlı dövrü olaraq Milli Məclisə hesabat verilməsi, yaxud da hökumətin iclasında həmin vəsaitlərin xərclənməsi ilə bağlı ictimayətə açıqlama verilməsi məqsədəuyğun olardı. Şübhəsiz, artıq vəsait xərclənirsə, bu korrupsiyanın əlamətidir”.

İNVESTİSİYA PRINSIPI”

İqtisadçı Azər Mehdiyev isə bütün şübhələri bir yerə toplayıb da bu nəticəyə gəlib: hazırda investisiya layihələrinə vəsait, həmin pulu daha çox harada mənimsəmək olar “prinsipi” ilə yönəldilir. Həm də dediyinə görə bu, əksər müstəqil iqtisadçıların ortaq qənaətidir.

Şərhləri göstər

XS
SM
MD
LG