Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:42

Yunanıstanın baş naziri Papandreounun istefa verəcəyi gözlənilir


Yunanıstanın baş naziri Georgie Papandreounun bu gün prezident Karolos Papuliasa istefa ərizəsi verəcəyi gözlənilir.

Prezident bundan əvvəl aparıcı siyasi partiyaların yeni kabinet yaradılmasıyla bağlı razılığa gəldiklərini bildirmişdi.

Papandreou bundan əvvəl müxalifətdə olan “Yeni demokratlar” partiyasının lideri Antonis Samarasla görüşüb.

Avropa mərkəzi bankının keçmiş vitse-prezidenti Lukas Papademos baş nazirliyə real namizəd hesab olunur.

Yeni hökumət Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı alınmasıyla bağlı qərar qəbul etməlidir.
XS
SM
MD
LG