Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:39
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yeni hesabatını rədd edib. Onun siyasi xarakterli olduğunu bildirib.

Hesabatda deyilir ki, Tehran 2003-cü ilə qədər nüvə silahının istehsalı istiqamətində sınaq işləri aparıb və oxşar fəaliyyəti indi də davam etdirə bilər.

İranın MAQATE-dəki səfiri Ali Asghar Soltanieh deyib ki, bu hesabat daha çox ABŞ-ın siyasi təzyiqinin nəticəsidir:

«Beynəlxalq Atom Enerjisi Agentliyi indiyədək 4 minə qədər yoxlama aparıb. Hərbi təyinatlı bir qram belə material tapıbmı? Agentlik hansısa silah tapıb mı? Bu çox təhlükəli bir oyundur. Mən beynəlxalq ictimaiyyəti və bütün sülhsevərləri bunun qarşısını almağa çağırıram».

Bu arada ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb.

Sanksiyalar İranın bankları və aparıcı şirkətlərinə qarşı olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG