Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

Tanınmış yazıçıdan piratlara qarşı yeni mübarizə üsulu


Populyar tarixi detektivlər müəllifi Boris Akunin kitablarının oğurluq elektron versiyalarını İnternetdə yayanlarla yeni mübarizə üsulu tapıb.

O, romanlarının illüstrasiyalarla bəzədilmiş xüsusi elektron variantlarını hazırlatmaqdadır.

Həmin e-versiyalar Akuninin kağızda çap edilmiş kitablarından xeyli ucuz olacaq və elektron mətnləri oxumağa imkan verən qurğulara asanlıqla yüklənə biləcək.

Akunin öz bloqunda yazıb ki, onun kitablarını pirat saytlardan yükləyən zaman format məsələsində çətinliklərlə üzləşən oxucularda asan yüklənən ucuz leqal e-versiyalara maraq yaranacağına ümid edir.

"Mən hər bir normal adama, xüsusən də mənim oxucularıma xas olan daxili ədalət hissinə güvənirəm" - deyə yazıçı bildirib.

Akunin inanır ki, çoxsaylı illüstrasiyalar yeni versiyadakı e-kitabları daha maraqla oxudacaq.

Məsələn, söhbət 20-ci əsrin əvvəlindəki Moskvadan gedirsə, kitabda həmin dövrə uyğun şəkillər yer alacaq, yazıçının fikrincə, o dövrün şəhər görüntüləri, insanların geyimləri oxucuya əsəri daha yaxşı qavramağa imkan verəcək.

Akuninin yeni e-kitablarının tərtibatı ilə Artemi Lebedevin studiyası məşğul olur. Artıq yazıçının "Алмазная колесница" və "Кладбищенские истории" kitablarının üllustrasiyalı versiyası hazırlanıb.

"Аймобилко", Bookmate, Kobo və IBook Store kimi İnternet dükanlarında satışa çıxarılan kitabların qiyməti 5 dollardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG