Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:55

BMT-nin Təhlükəsizlik Komitəsi Fələstinin üzvlüyü məsələsində konsensusa gələ bilmir


BMT-nin Təhlükəsizlik Komitəsi Fələstinin BMT-yə üzvlüyü ilə bağlı konsensusa gələ bilməyib.

Reuters agentliyi Təhlükəsizlik Komitəsinin bu barədə hazırladığı sənədin layihəsini əldə edib.

Layihədə deyilir ki, “Komitə Təhlükəsizlik Şurasına yekdil tövsiyyə vermək üçün razılığa gələ bilməyib”.

4 səhifəlik layihə Komitənin 3 qrupa bölündüyünü qeyd edir. Birinci qrup ölkələr Fələstinin üzvlüyünün lehinə, ikinci qrup əleyhinə səs vermək əzmindədir, üçüncü qrup isə səsvermədə bitərəf qalmaq istəyir. Ancaq layihədə bu ölkələrin adları çəkilımir.

Sentyabrın 23-də BMT üzvlüyü üçün müraciət edən fələstinlilər indiyə kimi məsələnin Təhlükəsizlik Şurasında səsə qoyulmasını gözləyirlər.
XS
SM
MD
LG