Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:40

Ahmadinejad Amanonu ABŞ-ın oyuncağı olmaqda günahlandırır


İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbərini ABŞ-ın oyuncağı olmaqda ittiham edib.

Televiziya ilə çıxışında İran prezidenbti Ahmadinejad deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Yukiya Amano Amerika rəsmilərinin ona verdiyi kağızları təqdim etməklə məşğuldur.
O deyib: "Mən təəssüf edirəm ki, Amano Amerikanın oyuncağıdır"

Çərşənbə günü BAEA İranın nüvə proqramı haqda hesabat verməlidir.
İran prezidenti deyib ki, İran nüvə silahı düzəltmir.

İsrailin müdafiə naziri Ehud Barak BAEA-nın hesabatından sonra beynəlxalq aləmin İrana qarşı sərt sanksiyalar verəcəyinə inanmadığını deyib və bildirib ki, İsrail bütün variantların, o cümlədən hərbi variantların istisna olunmamasına tərəfdardır.

Bu gün Rusiya, Fransa, Çin İrana qarşı gücdən istifadənin əleyhinə olduqlarını bildiriblər.
XS
SM
MD
LG