Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:52

Dörd Balkan ölkəsi qaçqınlara birgə yardım göstərəcək


BMT Serbiya, Bosniya, Xorvatiya və Çernoqoriyanın qaçqınlara birgə yardım təşəbbüsünü bəyənib.
Bu 4 ölkə Balkan müharibəsi qaçqınlarının ən ağır problemlərini, o cümlədən evsizliyini həll etmək üçün birgə addımlar atacaq. Evi olmayan qaçqınlara daimi ev verilməsi nəzərdə tutulur.

1991-1995-ci illər Balkan müharibələrindən sonra indiyə kimi qaçqın olan 200 min adam var. Onlardan 74 mininin daimi evi yoxdur.

4 Balkan ölkəsi gələn ilin əvvəlində donor konfransında yardım proqramına ayrılan fondu 800 milyon dollara çatdırmağı planlaşdırır.
XS
SM
MD
LG