Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:03

Ter-Petrossian ABŞ-ın yeni səfirinə Dağlıq Qarabağ probleminə müxalifətin yanaşmasını təqdim edib


ABŞ-ın Ermənistandakı yeni səfiri John Heffem müxalifət lideri Levon Ter-Petrossianla görüşüb.

Görüşdə Ermənistandakı daxili vəziyyət, Dağlıq Qarabağ problemi, Türkiyə ilə münasibətlər müzakirə olunub.

Ter-Petrossianın görüşdən sonra verdiyi yazılı bəyanatda deyilir ki, o, səfirlə Ermənistanda “sistemli korrupsiyadan, demokratik azadlıqların yoxluğundan, saxla seçkilərdən, media azadlığına məhdudiyyətlərdən danışıb”.

Məlumata görə, Ter-Petrossian Dağlıq Qarabağ probleminin həllinə müxalifətin baxışlarını səfirə təqdim edib. Ancaq əlavə detallar bildirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG