Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:40

Lerikdə 70 kənd hələ də işıqsızdır


Lerik rayonunun ərazisinə bir metrdən çox qar yağıb.

Bunu Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Azadlıq Radiosuna deyib. Nəticədə elektrik enerjisinin verilməsində, rabitə xətlərində problemlər yaranıb. Rayonun 70 kəndi indiyə kimi işıqsızdır.

Habil Məlikov: «Qar işıq təsərrüfatına ziyan vurub. Bu təbiidir, 60-cı illərdə tikilən təsərrüfatdır. Ondan sonra təmir-bərpa işləri aparılmayıb. Xırda qar-yağış onu dağıdır. Qar bir metrdən çoxdur».

Lənkəran-Lerik yolunda hərəkət bərpa olunub.

Lənkəran rayonun dağlıq ərazisində də qar çətinliklər yaradıb. Rayonun Gəgiran kənd sakini Əli Axundov deyir ki, 5 kənd işıqsız qalıb:

«Bu ərazi rayondan 40 kilometr uzaqlıqda yerləşir. Təbii fəlakətlə əlaqədar yada düşmür. Bu kəndə baxılmır. Dünəndən yollar bağlanıb, maşınların gediş-gəlişi dayanıb. Elektrik də yoxdur».

Gəgiran ərazi nümayəndəsi İsmayıl Cəfərov elektrik xətlərinin bərpası istiqamətində işlər görüldüyünü bildirdi. Onun deməsinə görə, yollarda hərəkət var.
XS
SM
MD
LG