Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Rusiya polisi Nijni Novqorodda bir evdən 29 mumiya tapıb


Rusiyanın Nijni Novqorod şəhərində bir evdə 29 mumiya tapılıb. Yerli polisin məlumatına görə, evin sahibi meyitləri qəbirdən çıxarıb və onları zir-zibillə geyindirib.

Polisin adamın evindən videoya aldığı dəhşətli kadrlardan görünür ki, meyitlər parlaq paltarlar və baş yaylığı ilə bəzənən gəlinciyə oxşayırlar. Bəzilərinin üzü, əli büküldükləri paltarların arasından görünür.

Polis bildirib ki, onlar mumiyalanmış insan qalıqlarıdır. Hüquq-mühafizə orqanları ötən həftə saxlanan adamın kimliyi barədə açıqlama verməkdən imtina edib. Amma onun şəkilləri yayılıb və şəkillərdən onun təxminən 45 yaşı və tanınmış tarixçi olduğu güman edilir.

Rusiya mətbuatı şübhəli kimi saxlanan adamın tarixi Nijni Novqorod şəhərinin qəbiristanlığı üzrə sonuncu ekspert olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG