Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:55

İlkin «Eurovision» dinləmələri başa çatıb


119 nəfər iştirakçının hər biri milli və Avropa mahnısı ifa etməklə səslərini nümayiş etdiriblər.

Bu barədə AzadlıqRadiosuna İctimai Televiziyanın musiqi və bədii əyləncəli verilişlər departamentinin direktoru Natiq Abdullayev məlumat verib:

«İlkin dinləmələrdə onların musiqi anlayışları yoxlanılırdı. Növbəti 5-6 gün ərzində bu iştirakçıların videolentlərinə yenidən baxılaraq əsas mərhələyə keçənlər müəyyənləşdiriləcək».

119 nəfər iddialını «Eurovision» üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli, müğənnilər Tünzalə AğayevaNatəvan Şeyxova, İctimai TV-nin aparıcıları Leyla ƏliyevaHüsniyyə Məhərrəmova dinləyib. İlkin dinləmələr noyabrın 3-dən 7-dək keçirilib.

57-ci «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.
XS
SM
MD
LG