Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:37

ABŞ inqilablarla üzləşən ərəb ölkələrində islamçı qruplarla işləməyə hazırdır


ABŞ-ın dövlət katibi Hillary Clinton Ərəb yazı inqilablarını tərifləyib. O deyib ki, ABŞ Yaxın Şərqdə islam qrupları ilə işləməyə hazırdır. O, misal kimi Tunisdə seçkini udan islam yönlü partiyanı göstərib. Vaşinqtonda noyabrın 7-də çıxış edən Clinton deyib ki, "bütün islamçılar eyni deyil".

Clinton zorakılılığın rədd olunması, qanunlara sadiqlik, qadın və azlıqların hüquqlarına hörmət kimi aparıcı meyarları sadalayıb. O deyib ki, "dindar müsəlmanların demokratiyaya hazır deyil ehkamı səhv və təhlükəlidir".
XS
SM
MD
LG