Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:45

Maykl Ceksonun ölümündə onun həkimi təqsirli bilindi


Andlılar məhkəməsi pop ulduz Michael Jacksonun (Maykl Cekson) ölümündə onun həkimi 58 yaşlı Conrad Murrayı təqsirli bilib. Məhkəmə hesab edib ki, həkim ehtiyatsızlığa yol verib. Onun dörd illik həbsxana həyatı gözləyir və həkim kimi çalışmaq lisenziyasını da itirir.

Jacksonun ailə üzvləri hökmü göz yaşları içində qarşılayıblar.

Dünya pop estradasında tanınmış sima olan Michael Jackson 2009-cu ildə 50 yaşında böyük dozada propofol dərmanını qəbul etdikdən sonra ölmüşdü.

Məhkəmə zamanı həbs edilən həkim Murray bu ittihamla özünü təqsirli bilmir. Onun vəkilləri bildiriblər ki, Jackson özü yüksək dozada dərman tələb edib.
XS
SM
MD
LG