Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:03

Kilsədə şeytan tapılıb


Freskaya yaxından baxanda... Buludun sağ tərəfinə diqqət edin.

Freskaya yaxından baxanda... Buludun sağ tərəfinə diqqət edin.

Avropanın ən məşhur kilsə freskalarının birində İblis şəkli aşkar edilib.

Bu, İtaliyanın Assizi şəhərində yerləşən Müqəddəs Fransisk kilsəsində 13-cü əsrdə məşhur rəssam Giotto tərəfindən çəkilmiş freskadır.

Aşağıdan kilsənin günbəzindəki freskada İblisi görmək mümkün deyil. Amma yaxından baxanda onun bulud şəkli arasında "gizlədilmiş" sifəti, əyri burnu, üzündəki şeytani təbəssüm, qara buynuzları aydın seçilir.

Bu barədə Röyters agentliyinə istinadla oxuzali.az xəbər verir.

İblis şəkli kilsə bərpa edilərkən tapılıb. Onu incəsənət tarixçisi Çiara Fruqone aşkarlayıb.

Freska Müqəddəs Fransiskin həyatı və ölümü adlanır. Bərpa işlərinə rəhbərlik edən Sercio Fuzetti deyib ki, rəssam Giotto yəqin ki, İblisi freskanın əsas obrazlarından biri etmək istəməyib, ona görə də onu buludlar arasında "gizləyib", bununla freskaya bir az da "əyləncə qatmağa" çalışıb.

Fuzettinin fikrincə, ola da bilər ki. rəssam öz bədxahlarından birinin şəklini İblis obrazında "əbədiləşdirmək"lə ondan qisas almaq istəyib.

Müqəddəs Fransisk katolik kilsəsinin ən çox yad edilən müqəddəslərindəndir. O, fransiskan ordeninin əsasını qoyub.

Onun Assizidəki kilsədə dəfn edildiyi deyilir. Kilsəyə 1997-ci il zəlzələsində ciddi ziyan dəyib.














Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG