Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:26

Femen Vatikanda da çılpaq etiraz aksiyası keçirdi (VİDEO)


Femen-in fəalı Oleksandra Şevçenko Vatikanda, 6 noyabr 2011
Femen-in fəalı Oleksandra Şevçenko Vatikanda, 6 noyabr 2011
Ukryananın məşhur qadın hüquqlarını müdafiə qrupu olan Femen noyabrın 6-da Roma Katolik Kilsəsinin qarşısında etiraz aksiyası keçirib. Roma Papası XVI Benedict-in eyvanı altında italyan dilində “Qadınlara azadlıq” şüarı qışqıran Femen-in fəallarından biri Oleksandra Şevçenko həbs edilib.

Interfax agentliyinin məlumatına görə qrupun qadın fəallarından daha ikisi də meydana gəlməyə macal tapmayıb, onları elə yoldaca həbs ediblər.

Femen öz internet saytında bildirir ki, onlar bu aksiya ilə “papanın patriarxal siyasətinə etiraz” edirlər. Onlar bildirirlər ki, kilsə dünyada qadınlara qarşı orta əsrlərin fikirləri ilə yanaşır.

Femenin qadın üzvləri Ukryanda müxtəlif ictimai hadisələrlə bağlı çılpaq formada etiraz aksiyası keçirib diqqəti özlərinə çəkirlər. Bu yaxınlarda onlar Avropanın müxtəlif ölkələrində də etirazlara başlayıblar.

Femen bundan əvvəl də Parisdə Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru, ABŞ-da qadını zorlamaqda ittiham edilən Dominique Strauss-Kahn-ın evinin qarşısında etiraz aksiyası keçiriblər.

Femen həmçinin çılpaq bədənlərinə İtaliya bayrağı çəkərək Romada qadınlarla macəralarda adı hallanan Baş nazir Silvio Berlusconini istefaya çağırıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG