Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:57

Suriyada yenə kütləvi həbslər başlayıb


Suriyada Homs şəhəri yaxınlığındakı Baba Amr qəsəbəsində kütləvi həbslər başlayıb. İnsan haqları müdafiəçilərinin məlumatına görə, Suriya ordusu şəhərə girib və bir-bir qapıları sındırıb içəridəkiləri həbs edirlər. Təhlükəsizlik qüvvələrinin etirazçıları və onların tərəfinə keçən əsgərləri axtardıqları bildirilir.

Baba Amr qəsəbəsi və ətrafında isə etirazçıların tərəfinə keçən əsgərlərlə hökumət qoşunları arasında silahlı toqquşmalar da davam edir. Ötən həftədən bu yana azı 11 nəfər təkcə Homs şəhərində öldürülüb.

Bashar al-Assad rejimi isə hələ də Ərəb Liqasının vasitəçiliyi ilə imzalanan sülh sazişinə sadiq olduğunu iddia edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG