Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:13

Scottish Spirits şirkəti tam halallığına zəmanət verdiyi yeni məhsulu ilə müsəlman ölkələrinin bazarlarına da çıxmaq istəyir

Floridada fəaliyyət göstərən Scottish Spirits Ltd şirkəti sıfır faiz alkoqollu viski düzəldib. İstehsalçılar iddia edirlər ki, tərkibində qətiyyən alkoqol olmayan yeni “ArKay” viskisi ayıq qalmaq istəyənlər, içkili halda maşın sürməkdən narahat olanlar üçün ideal vasitədir.

Alkoqol olmadığına görə bu məhsul həm də “Halal” sertifikatı alıb ki, bu da “ArKay”ın müsəlman ölkələrinin bazarına çıxışını təmin edəcək. Sıfır faiz alkoqol sayəsində həm dindar, həm də xəstə insanlar istədikləri qədər viski içə biləcəklər.

Ənənəvi viski istehsalçıları isə yeni məhsulun yaradıcılarına qarşı üsyan qaldırmağa hazırdırlar. Şotlandiya Viski Assosiasiyasının təmsilçisi belə bir məhsulun hazırlanmasını mümkünsüz hesab edir:

“Alkoqolsuz viski hazırlamaq mümkün deyil. Bu şirkət çox məsuliyyətsiz marketinqlə viskinin nüfuzunu yerə vurur”.

"ArKay" adlı "halal" viski dekabrın 1-dən satışa çıxır

"ArKay" adlı "halal" viski dekabrın 1-dən satışa çıxır

Əsl şotland viskisi su və arpanın birləşməsindən yaradılır. Arpa soyuq iqlimi və yay yağışları ilə zəngin olan Şotlandiyanın şimalında yetişdirilir. Viskilərin dadını bir-birindən fərqləndirən amil – məhz arpanın necə, hansı şəraitdə, hansı sobada qurudulmasıdır.

Scottish Spirits Ltd tərəfindən hazırlanan alkoqolsuz “ArKay” viskisi Panama fabriklərindən istehsal olunur. İstehsalçılar deyirlər ki, onlar suya bir çox kimyəvi maddələr, aromatlar və rəngli maddələr qatmaqla içkinin dadını əsl viskiyə bənzədirlər.

Sıfır faizli halal viski dekabrın 1-dən etibarən satışa çıxarılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG