Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:10

Sergey Lavrovdan xəbərdarlıq: “İrana hücum ideyası səhvdir”


Rusiyanın xarici işlər nazir Sergey Lavrov bu gün xəbərdarlıq edib ki, Irana qarşı mümkün hərbi hücum "böyük səhv" ola bilər.

- İrana hərbi hücum səhvdir və nəticəsi bəlli olmayan hadisələrə səbəb ola bilər. İranın nüvə proqramını və ya dünyada hər hansı problemin həlli hərbi yol deyil.

Lavrovun bu bəyanatından əvvəl İsrail prezidenti Shimon Peres deyib ki, İrana hücum ehtimalı getdikcə artır. Bu ərəfədə BMT-nin İranda nüvə istehsalı ilə bağlı hesabatının təqdimi gözlənir.

ABŞ mediası yazır ki, Beynəlxalq Atom Enerji Agentliyinin hesabatında İranın nüvə silahını hazırlamağa ehtiyac duyulan əsas bacarıqlara yiyələnib. İsrail və ABŞ mütəmadi olaraq xəbərdarlıq edib ki, İranın nüvə sahələri hücuma məruz qala bilər.

Lavrov deyib ki, NATO-nun Əfqanıstandakı hərbi fəaliyyəti göstərir ki, belə xarici müdaxilələr təhlükəlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG