Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:46

Lady Gaga mükafatına doğru dizin-dizin süründü...


Lady Gaga MTV Europe Music Awards mərasimində mahnı ifa edir. 6 noyabr, 2011

Lady Gaga MTV Europe Music Awards mərasimində mahnı ifa edir. 6 noyabr, 2011

Pop ulduzu Lady Gaga bir daha sübut edib ki, öz sahəsində tayı-bərabəri yoxdur.

Şimali İrlandiyanın Belfast şəhərində dünyanın ən nüfuzlu musiqi kanalı MTV-nin “Europe Music Awards” mükafatının təqdimetməsi baş tutub.

Lady Gaga birdən-birə 4 nominasiyada qalib elan edilib. Bunlar ən sanballı nominasiyalardır:

“Ən yaxşı ifaçı”, “Ən yaxşı mahnı”, “Ən yaxşı videoklip” və “Ən yaxşı fanat dəstəyi”.

Həmişə olduğu kimi müğənni mərasimə bəzilərinin ekstravaqant, bəzilərininsə əcaib sayacağı libasda gəlib.

Onun başında peyk antennasına bənzər papaq olub.

Şlyapa-maska heç kəsə müğənninin üzünü görməyə imkan verməyib.

Onun özü də yalnız ayağının altını görüb.

Birinci dəfə səhnəyə qalxanda müğənni mərasim iştirakçılarına üzünü tutaraq deyib:

“Siz mənim üzümü görmürsünüz, amma mən gülümsəyirəm. Sədəcə üzümə xeyli botoks vurublar”.

Dördüncü dəfə səhnəyə qalxanda isə Lady Gaga mükafatına doğru dizin-dizin sürünüb...

Mərasimdə mahnı ifa edərkən isə artıq pop ulduzun üzünü görmək mümkün olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG