Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27

İranda 2 azərbaycanlı buraxılıb, 3 tələbə tutulub


Tanınmış azərbaycanlı fəal Abbas Lisani və Behnam Şeyxi azadlığa buraxılıb. Bu barədə məlumat yayan Güney Azərbaycanlıları Milli Oyanış Hərəkatı (GAMOH) bildirir ki, onlar həbsdə 55 və 25 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa çıxıblar.

Təşkilat iddia edir ki, Behnam Şeyxi həbsdə olduğu müddətdə işgəncələrə məruz qalıb.

Abbas Lisani sentyabrın 9-ü Urmu Gölü ilə bağlı kütləvi etiraz yürüşlərinin keçirildiyi ərəfədə saxlanmışdır.

Təşkilat onu da bildirir ki, Təbrizdə daha 3 nəfər fəal tələbə həbs olunub. Məlumata görə, Behruz Fəridi, Arəş Məhəmmədi və Səyavuş Məhəmmədi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən saxlanıblar.

GAMOH-un məlumatına görə, hər üç tələbə noyabrın 3-ü səhər saatlarında yaşadıqları mənzillərdə tutulub. “Mənzillərdə axtarış aparılıb, tələbələrə məxsus kompüterlər və bir sıra digər şəxsi əşyalar götürülüb. Tələbə fəalların nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir”, - təşkilatın məlumatında deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG