Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:34

Rayonlara qar yağıb, Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb


Noyabrın 6 və 7-də Şamaxı, İsmayıllı, Ağsu və Qəbələ rayonlarına güclü qar yağıb.

Bu rayonların aran hissəsinə 20-30 sm, dağ kəndlərinə isə 35-45 sm hündürlükdə qar düşüb. Hazırda yağıntı davam edir.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımında və Şamaxı-Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti çətinləşib.

Yollar 20-30 sm qarla örtülüb, şaxtalı hava şəraiti minik avtomobillərinin hərəkətinin məhdudlaşmasına səbəb olub. Hazırda çox az sayda avtomobil hərəkət edir. Gecə isə yolların tamamilə bağlanacağı bildirilir.

Yol polisi əməkdaşları sürücülərdən alternativ yol kimi Bakı-Qazax, Ucar-Göyçay, Ağdaş-Qəbələ yolları ilə hərəkət etməyi məsləhət görürlər. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG