Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:46

Yunanıstanın yeni baş naziri kim olacaq?


Bu gün Yunanıstanın siyasi liderləri yeni müvəqqəti hökumətin detallarını müəyyən etmək üçün bir araya gələcəklər.

Bir müddətdir ki, Yunanstan borc böhranı yaşayır. Bazar günü razılaşmaya əsasən Yunanıstanın baş naziri George Papandreou istefa verəcək.

Bu gün George Papandreou və müxalifət lideri Antonis Samarasın görüşündə növbəti baş nazirin kimliyini və yeni kabinetin tərkibini müzakirə ediləcəyi gözlənir.

Yeni hökumət Avropa Birliyindən 130 milyardlıq avro kreditin qəbulu ilə bağlı qərar verməlidir.
XS
SM
MD
LG