Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:56

Ərəb Liqası Suriyanı müzakirə etmək üçün toplaşır


Ərəb xarici işlər nazirləri bu həftənin sonu təcili görüş keçirəcəklər. Görüşdə əsas müzakirə mövzusu Suriya olacaq.

Ərəb liqasının bəyanatında deyilir ki, Suriya hökuməti yaranmış siyasi böhranı həll etmək üçün Liqanın irəli sürdüyü plana əməl etmədi.

Ərəb Dövlətləri Liqasının baş katibi Nabil al Arabi bundan əvvəl xəbərdarlıq etmişdi ki, zorakılıqların davam etməsi prezident Bashar Asad rejimi üçün faciəylə qurtara bilər.

Britaniyada yerləşən Suriya hüquq müdafiə qrupu bildirib ki, təhlükəsizlik qüvvələri Qurban bayramı günü 13 mülki şəxsi öldürüb

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG