Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:26

Yunanıstanda koalision hökumət yaradılsa baş nazir istefa verəcək


Yunanıstandakı əsas siyasi partiyalar koalision hökumət yaradılmasıyla bağlı razılaşma imzalayan kimi baş nazir Georgi Papandreou istefa verməyə hazırdır.

Bu barədə hakim sosialist partiyasının yüksək səlahiyyətli nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə bu artıq yaxın saatlarda baş verə bilər.

Müxalifətdə olan “Yeni demokratlar” partiyası koalisiyaya daxil olmaq üçün
Papandreounun istefasını və vaxtındanəvvəl seçkilər keçirilməsini tələb edir.

Partiyanın lideri Baş nazir George Papandreou dəfələrlə bildirib ki, əgər onun istefası koalision kabinet yaradılmasına kömək etsə bunu etməyə hazırdır.

Yeni hökumət Avropa Birliyindən 130 milyardlıq kreditin qəbuluyla bağlı qərar verməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG