Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:34

Suriyada daha 4 nümayişçi öldürülüb


Bazar günü Suriyanın Homs şəhərində hökumət əleyhinə nümayişdə polis daha 3 nümayişçini güllələyib.

Həmçinin Hama şəhərində 1 dinc sakin öldürülüb.

Şənbə günü isə Homs şəhərində nümayiş dağıdılarkən azı 20 adam öldürülüb.

Ərəb Dövlətləri Liqasının baş katibi Nabil al Arabi Dəməşqə xəbərdarlıq edib ki, zorakılıqların davam etməsi prezident Bashar Asad rejimi üçün faciəvi qurtaracaq.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG