Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:30

ABŞ Tbilisi ilə Mosvanın razılığa gəlməsini alqışlayıb


ABŞ Rusiya ilə Gürcüstan arasında əldə olunmuş razılaşmanı alqışlayıb.

Tbilisi ilə Moskva gələn həftə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması barədə razılaşma imzalamaq qərarına gəliblər.

Rusiya isə bunun əvəzində Gürcüstanın separatçı bölgələri Abxaziya cə Cənubi
Osetiyaya daşınan malların yoxlanılmasına razılıq verib.

Bu planı Rusiya-Gürcüstan münaqişəsində vasitəci olan İsveçrə təklif edib.

Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olması üçün bütün üzv ölkələrin razılığı lazımdır.

Gürcüstan bunu əngəlləyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG