Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:47
Dünya müsəlmanları bu gün müqəddəs Qurban bayramını qeyd edirlər.

Həcc mərasiminin son gününə təsadüf edən Qurban bayramı Ramazan ayının qurtarmasından 70 gün sonra qeyd edilir və adətən 4 gün davam edir.

Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır.

Bu müqəddəs bayram münasibətilə bu gün paytaxt Bakı və Azərbaycanın bütün bölgələrində qurbanlar kəsilir.

Azərbaycan prezidenti İlham Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Həmçinin ABŞ prezidenti Barak Obama Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG