Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:00

Nigeriyada qətlə yetirilənlərin sayı 100-ü ötüb


Nigeriyanın şimal-şərqində yaraqlıların törətdiyi hücumlar nəticəsində ölənlərin sayı 100-ü ötüb.

Xilasedici agentliyin rəsmisi Damaturu şəhərindəki morqda yaxınları gələnədək 150-dən çox cəsəd saydığını deyir.

France Press agentliyinin müxbiri isə bu gün morqda 97 cəsəd gördüyünü deyir.

Bu hücumun arxasında Nigeriyada şəriət qanunları tətbiq etmək istəyən Boko Haram qrupu durur.

Radikal islamçı yaraqlılar cümə günü Damaturu şəhərində bir neçə partlayış törədib, azı 3 polis məntəqəsi və şəhərdəki kilsəni atəşə tutublar.

Bu ilin avqustunda BMT-nin Nigeriyanın paytaxtındakı qərərgahında törədilmiş partlayışa görə də cavabdehliyi bu qrup üzərinə götürüb.

Həmin hücum nəticəsində 24 adam ölümüş, 116 adamsa yaralanmışdı.
XS
SM
MD
LG