Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:46

Yunanıstanın siyasi partiyaları bir araya gələ bilmir


Baş nazir George Papandreou

Baş nazir George Papandreou

Yunanıstandakı siyasi partiyalar hələlik milli birlik hökuməti yaradılmasıyla bağlı bir araya gələ bilməyiblər.

Söhbət ölkəni defolt təhlükəsindən qorumaq üçün 130 milyardlıq xarici kreditin qəbulundan gedir.

Baş nazir George Papandreou bu günlərdə bildirib ki, əgər onun istefaya getməsi koalision kabinet yaradılmasına kömək etsə bunu etməyə hazırdır.

Amma müxalifətdə olan “Yeni demokratiya” partiyası koalisiyaya girmir.

Papandreounun istefası və ölkədə vaxtından əvvəl seçkilər keçirilməsinə çalşır.

Baş nazir Papandreou dəfəlrlə bildirib ki, Yunanıstan avro zonasında yalnız iqtisadi tədbirlər planını ciddi şəkildə həyata keçirməklə qala bilər.

Bu tədbirlərin həyata keçirilməsi Yunanıstanın Avropa Birliyindən 130 milyardlıq kredit almasında əsas şərtdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG