Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:39

Dindarlıq siyasi mənsubiyyətə birbaşa təsir edir


U.S. -- Cardinal Roger Mahony (C) leads the prayer service for the ailing Pope John Paul II at Our Lady Queen of Angels Church in Los Angeles California Friday 01 April 2005. The Pope's failing health caused concern worldwide on Friday 01Apr2005
U.S. -- Cardinal Roger Mahony (C) leads the prayer service for the ailing Pope John Paul II at Our Lady Queen of Angels Church in Los Angeles California Friday 01 April 2005. The Pope's failing health caused concern worldwide on Friday 01Apr2005
ABŞ əhalisinin davamlı şəkildə Respublikaçıları dəstəkləyən ən əsas seqmentini dindar ağdərililər təşkil edir. Bu qəbildən olan insanların 62%-i özünü Respublikaçı sayır. Bu, dindar ağdərili olub Demokratları dəstəkləyənlərin sayından (27%) iki dəfədən də artıqdır. Qeyri-dindar ağdərililərə gəlincə, burada mənzərə əksinədir. Onların 50%-i Demokratları dəstəklədiyi halda, Respublikaçıları bəyənənlər cəmi 33 faizdir.

Bu rəqəmlər Gallup sorğu təşkilatının iyulun 1-dən oktyabrın 26-dək 116 min respondent arasında apardığı araşdırmanın nəticələridir. Araşdırmanın məqsədləri üçün, respondentin nə dərəcədə dindar olması onun bu iki suala – dinin respondentin gündəlik həyatındakı rolu və onun ibadət yerlərində (kilsə, sinaqoq və ya məscid) hansı tezliklə olması barədə suallara cavabı əsasında müəyyən edilib. Alınan cavablar əsasında respondentlər şərti olaraq, 3 qrupa bölünüb:

· Dindarlar – bu insanlar üçün din gündəlik həyatın mühüm hissəsini təşkil edir və onlar azı hər həftə ibadət üçün kilsə, sinaqoq və ya məscidə baş çəkirlər. Bu qrup Amerika əhalisinin 40%-ni təşkil edir.
· Qeyri-dindarlar - bu insanlar üçün din gündəlik həyatın mühüm hissəsini təşkil etmir və onlar kilsə, sinaqoq və ya məscidə nadir hallarda gedirlər. Bu qrup Amerika əhalisinin 31%-ni təşkil edir.
· Mötədillər – yuxarıdakı iki suala doğru cavab vermələrinə rəğmən dindar və ya qeyri-dindar qrupuna aid edilməsi mümkün olmayanlar. Bu qrup Amerika əhalisinin 28%-ni təşkil edir.

Amerika cəmiyyətini təşkil edən qalan 3 irqi və etnik qrup ispanlar, asiyalılar və qaradərililərdir. Ağdərililərdən fərqli olaraq onların çoxu Demokratları dəstəkləyir. Hərçənd burada da dinə münasibətin müəyyən təsiri hiss olunur. Belə ki, dindar ispanlar və dindar asiyalılar, müvafiq olaraq, qeyri-dindar ispanlarla və qeyri-dindar asiyalılarla müqayisədə Demokratlara daha az meyl edirlər. Məsələn, dindar ispanların 27%-i Respublikaçı, 44%-i Demokratdır: fərq 17%. Qeyri-dindar ispanların isə 22%-i Respublikaçı, 52%-i Demokratdır: fərq 30%. Asiyalılarda analoji fərqlər daha böyükdür.

O ki qaldı qaradərililər... Amerikanın 4 əsas irqi və etnik qrupu arasında ən qatı Demkoratlar məhz qaradərililərdir. Qaradərililərin dindar və ya qeyri-dindar olması da onların siyasi oriyentasiyasına təsir etmir. Həm dindar, həm mötədil, həm də qeyri-dindar qaradərililərin dörddə üçündən çoxu Demokratları dəstəkləyir.

Hər nə qədər də qaradərililərə aid olmasa da, ümumilikdə belə qənaətə gəlmək olar ki, dindarlar Respublikaçılara daha çox üstünlük verirlər, nəinki Demokratlara. Dinə bağlılıq azaldıqca Demokratlara meyllilik də artır.

Respublikaçı və ya Respublikaçılara meylli Müstəqil Demokrat və ya Demokratlara meylli
Dindarlar 49% 12% 36%
Mötədillər 38% 16% 44%
Qeyri-dindarlar 30% 17% 52%
Bütün amerikalılar 40% 15% 43%
XS
SM
MD
LG